Asəf Qənbərovun Bloqu

Əsas səhifə » Din və Dövlət » Din azadlıqları məhdudlaşdırıla bilərmi?

Din azadlıqları məhdudlaşdırıla bilərmi?

Advertisements

din azadliqPost-Sovet məkanında yerləşən müstəqil dövlətlər və Balkan ölkələri keçid dövrünü yaşayan ölkələr olaraq mülahizə edilir. Buna görə də buralarda din ve etiqad azadlığı problemləri yerli və xarici bir çox tədqiqatçıların və insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatların diqqət mərkəzində durur. Bu tədqiqat və hesabatların bir çoxunda keçid dönəmini yaşayan ölkələrdə din azadlıqlarının məhdudlaşdırıldığı iddia edilir və bu hal vətəndaşların hüqüq və azadlıqlarının pozulması və ya dini zəmində diskriminasiya halları olaraq dəyərləndirildiyi müşahidə olunur. Qeyd etmək lazımdır ki, SSRİ kimi totalitar siyasi rejimlərin təsir dairəsindən qurtularaq mustəqil, demokratik, sivil cəmiyyət quruculuqu prosesində din və etiqad azadlığı xüsusi əhəmiyyət kəsb edir. Çünki tranzisyonal cəmiyyətlərdə liberal-demokratik bir siyasi rejimə keçid, demokratik hüquq və azadlıqların təmin edilməsi ilə yanaşı, sosial və siyasi təhlükəsizliyin qorunması da dövlətin əsas vəzifələri arasıda yer alir.

Beynəlxalq insan hüquq və azadlıqlarını elan edən bəyannamələrə nəzər saldıqda din ve etiqad azadlıqlarının əsas insan hüquqları arasında qeyd edilməsilə bərabər, ictimai təhlükəsizlik mülahizələrinə görə məhdudlaşdırıla biləcəyi vurğulanır. İnsan Hüquqlarinin Və Əsas Azadliqlarin Müdafiəsi Haqqinda Avropa Konvensiyasi’ nın 9 maddəsindin 1 və 2-ci bəndində deyilir:

1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.

Azərbaycan Respublikasının Konstitusiyasında maddə 18 də Din və Dövlət münasibətlərini tənzimləyən müvafiq qanunda:

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliğinin qadağan(dır.) olduğu;

Vicdan azadlığını tənzimləyən 48-ci maddənin III bəndində isə :

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəst(dir.) olduğu vurqulanmışdır.

Bütün bunları nəzərə alaraq bu araşdırmada, yuxarıda qeyd edilən keçid prosesini yaşayan cəmiyətlərdə hansı dini azadlıqların məhdudlaşdırıldığı, bu məhdudiyyətlarin necə legitimləşdirildiyi, habelə sosial və siyasi asayişin qorunması ilə din və etiqad azadlıqlarının maksimal səviyyədə təmin olunması arasındakı balansın yaradılması məsələlərinə bəzi misallar vermək istəyirəm.
İngilis politoloq John Anderson, Religious Liberty in Transitional Societies: The Politics of Reliqion adlı kitabında demokratik tranzit prosesini kecirən cəmiyyətlərin din siyasətini araşdırmişdır. Ona görə, ümumiyyətlə sosial və siyasi kecid dövrünü yaşayan dövlətlərdə dini həyatın qanuni tənzimlənməsi ehtiyaci özüni daha qabarıq hiss etdirir və bəzi dini fəaliyyətlərin qanuni yollarla məhdudlaşdılması, ictimai nizam və təhlükəszliğin təmin olunmasının vacibliyi argumenti ilə əsaslandırılır. Orta asya ölkələrində bu vəziyyət daha aydın müşahidə olunur. Bəlkə də haqlı olaraq ictimai təhlükəsizlik din azadlıqlarına nəzərən daha prioritet məsələ olmaqdadır. Çünki ictimai nizam və təhlikəsizlik təmin olunmadıqda heç bir din və etiqad azadlığından bəhs etməmiz mümkün deyildir.
Yunanıstan və Bulqarıstan və bir sıra başqa ölkələrdə isə milliyətçilik vəya milli identiklik mülahizələri din siyasətini dinamikasını təşkil edir. Sosial transformasiya prosesində yeni ideologiya və dəyərlər fonunda bir millət sanki yenidən inşa edilir. Belə olduğu halda qeyri-ənənəvi dinlər milli identiklik üçün təhdid qaynağı hesab edilir. Ənənəvi dinlər isə milli identiklik inşasında aktiv rol oynayır və cəmiyyətin inteqrasiyasını asanlaşdırır. Buna görə də tranzit dönəmini keçirən cəmiyyətlərdə ənənəvi dinlərə müəyyən imtiyazlar verilə bilir.
Majoritarianizm (əksəyiyyətin dininin daha çox hüqüqlara və imtiyazlara sahib olmasını iddia edən fikir) və ya “milli kilsə” (ənənəvi din) mülahizələri din siyasətində əhəmiyyətli bir faktordur. Məsələn İspanyanin Əsas Qanununda Milli Katolik Kilisəsinə imtiyaz tanınmadığına görə, 1997 ci ildə Kardinal T. Enrique sərt reaksiya vermişdi:

(Katolik) Kilsə sosial reallıqdır…siyasət bunu unutmamalıdır və xalqın real həyatına hörmət etməlidir. O (siyasət)   ispan xalqının böyük əksəriyyətinin Katolik Kilsəsinə mənsub olduğuna göz yuma bilməz.

Kardinal Enrique, İspanyanin siyasi yenidən qurmasında kilsənin diğər dinlər kimi bir din olaraq qələmə verilməsini yolverilməz hesab edirdi və katolik kilsəsinə bəzi imtiyazların verilməsini iddia edirdi.
Polşanın 1990–cı illərdə yeni Konstitusiyasının müzakirəsində də buna bənzər arqumentlər irəli sürülmüşdür. Orada da ölkənin özunəməxsus tarixini və Katolikliğin cəmiyyətdəki rolunu nəzərə alaraq rəsmi tanınma tələb olunmuşdur. Lakin bu tələbər gəbul olunmamış və dünyəvi model tətbiq olunmuşdur. Lakin biz bu tələblərin müsbət qarşılandığını da dünya təcrübəsində görə bilərik. İngiltərə, Danimarka və Norveçdə dövlət tərəfindən rəsmən tanınan milli kilsələri vardır. Bu modeldə dövlətin rəsmi dini vardır. Bununla bərabər Skandinaviya ölkələri düyanın ən çox sekulyarlaşmış cəmiyyətinə sahibdirlər.
Əslində yuxarıda qeyd edilən hallarda din azadlıqlarına məhdudiyyətlərin gətirilməsi, keçid dövrünü yaşayan cəmiyyətlərin sahəsini aşmaqdadır. Məsələn Fransa və ya Belçikada, ümumə aid məkanlarda (public sphere) dini etiqadın ifadəsi və dini simvolların nümayişi qadağasının da ictimai sferanın neytrallığının pozulması və ictiai nizamın qorunması motivindən hərəkət edir.
Nəticə olaraq deyə bilərik ki, din və etiqad azadlıqlarının tənzimlənməsində istər dünya miqyasında, istərsə də transformasiya prosesini yaşayan cəmiyyətlərdə olsun, birinci növbədə cəmiyyətin din-dövlət münasibətlərinin tarixi təcrübəsi, bunun yanında ictimai sferanın mahiyyəti, cəmiyyətin sekulyarizasiya dərəcəsi mütləq nəzərə alınmalıdır.
Din və etiqad azadlığının əsas insan hüquq və azadlıqları arasında geyd edilməsilə bərabər, ictimai təhlükəsizlik mülahizələrinə görə bu azaqlığa müəyyən məhdudiyyətlər qoyula bilər. Bəzi keçid dönəmini yaşayan cəmiyyətlərdə isə milli maraqlar naminə məhdudiyyətlərin qoyulması zəruri hal hesab edilir. Dövlətin din siyasətininin istiqamətini təyin edən önəmli faktorlardan biri də milli identikliyin qorunması və inkişafı məsələsidir.

Asəf Qənbərov

mənbə sunna.az

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Asəf Qənbərov

%d bloqqer bunu bəyənir: