Asəf Qənbərovun Bloqu

Əsas səhifə » Din və Cəymiyyət » Siyasi Nəzəriyyə Olaraq Multikulturalizm

Siyasi Nəzəriyyə Olaraq Multikulturalizm

Advertisements

Multicultural wordle

Multikulturalizm, siyasi nəzəriyyə olaraq yaxın tarixlərdə ortaya çıxmışdır. Buna baxmayaraq qısa zaman ərzində çox papulyar termin halına gəlmişdir. “Çox mədəniyyətçilik” şəklində dilimizə tərcümə edilən multikulturalizm siyasəti, mütərəqqi demokratik quruluşların milli və etnik azınlıqlara qarşı yürütdükləri yeni bir siyasi konsepsiyadır. Amma milli, etnik və dini cəhətdən rəngarəng, kozmopolit cəmiyyətlər həmişə mövcud olmuşdur. Yəni, multikulturalizmi sadəcə demografik (milli, etkik, dini) müxtəliflik olaraq anlamaq doğru deyil, əksinə multikulturalizm siyasi quruluşun bu müxtəlifliyə verdiyi müəyyən növdə bir cavabdan ibarətdir.
Buna görə, multikulturalizm toplumun bir xüsusiyyəti deyil, siyasi bir programdır. Dövlətin etnik və milli müxtəlifliyi sadəcə olaraq tanımaqla yetinməyib, bu müxtəlifliyi qorumağa və inkişaf etdirməyə qarşı pozitiv bir mövqe almasıdır. Multikulturalist siyasi nəzəriyyə liberlizmdən ilham almaqla yanaşı onun zəifliklərini konpensasiya etməyə çalışır. Burada artıq azınlıq hüquqları təmin edilir, onlara təmsil haqqı və bəzi hallarda özünü idarə etmə haqqı tanınır.
Tarixi prosesdə milli dövlətlər tərəfindən mədəni müxtəlifliyə üç çeşit mövqe və ya siyasi program tətbiq edilmişdir. Bunlardan ilki assimilyasiya siyasətidir. Bir çox milli dövlətlər (Fransa, Türkiyə Cumhuriyyəti vəs.) quruluş dönəmində milli və etnik kimlikləri diqqətə almadan tək millət adı altında cəmiyyətin inteqrasiyasını dəstəkləmişdir. Burada azınlıq haqları tamamilə göz ardı edilməkdədir. Ikinci yanaşma Pluralizmdir. Klassik liberalizmin inkişaf etməsi ilə mədəni müxtəlifliyin ifadə edilməsi önündəki məhdudiyyətlər qalxır. Amma müxtəlifliyin inkişaf etdirilməsi və ya ifadəsi vətəndaş cəmiyyətinin öhdəsinə verilir. Dövlət sadəcə olaraq özəl kimliklərin ictimai təşkilatlanmasına şərait yaradır, aktiv şəkildə müxtəlifliyi təşviq etmir. Multikulturalist siyasətdə isə, yuxarıda ifadə edildiyi kimi, mədəni müxtəlifliyin varlığı və dəğəri qəbul edilməklə yanaşı bunların siyasi təşkilatlanması təmin edilir və dövlət programı çərcivəsində təşviq edilir. Kanada, Avstraliya və İsveçrə bu baxımdan multikulturalist dövlətlər hesab edilir.
Multikulturalizmin elementləri azınlıq hüquqlarının təmin edilməsində özünü biruzə verir. Bu nəzəriyyəyə görə özünü idarə etmə, çox etnikli və təmsil haqqı olmaqla üç növ azınlıq haqlarından bəhs edilir. Özünü idarə etmə və ya öz müqəddəratını təyin etmə hüququ, müəyyən bir ərazidə tarixən kompakt şəkildə yaşayan, ortaq bir dilə sahib olan milli azlıqlara şamil edilir. Kanadakı Kebek , İspaniyadakı Kataloniyanın durumu kimi…bu haqlar bəzi hallarda tamamilə müstəqil bir dövlətə çevrilməyə qədər genişlənə bilir. Çox etniklik haqları, əsasən miqrantların təşkil etdiyi etnik və dini azınlıqların mədəni kimliklərini ifadə etmələrinə kömək edən azınlıq haqlarıdır. Burada azınlıqlara dini və etnik aidiyatlarını ifadə etmələri üçün güzəştlər verilir. Müsəlman qızların dövlət məktəblərində hicab bağlamaları, sigh dininə mənsub olanlara ənənəvi geyimlərinə icazə verilməsi bu qəbildən hesab edilir. Təmsil haqqları isə, cinsi oriyentasiyasına görə (məs. Homoseksuallar) və diğər təmsil haqqı məhdudlaşdırılmış azınlıqlara (məs. Qaradərililər) təhsil və siyasi mövqelərə gəlmək məqsədilə durumlarını yaxşılaşdırmağa çalışır. Məsələn dövlət bəzi müəssisələrə, işçilərinin müəyyən bir hissəsinin qadınlardan və ya qaradərililərdən ibarət olmasını şərt qoşur. Beləliklə zərər çəkmiş azınlıqlara qarşı pozitiv diskriminasiya tətbiq edilir.
Multikulturalizm siyasəti fərqli liberal tənqidlərə məruz qalmışdır. Ilkin növbədə çoxmədəniyyətçilik toplumun interqasiyasını deyil, yəni birliyi yox, fərqliliyi təşviq edir. Bu proses heş şübhəsiz cəmiyyətin iteqrasiyasını zəiflədir, onu kövrək hala gətirir. Ikinci olaraq mültikulturalizm federativ dövlət quruluşuna nisbətən uyğun olsa da unitar milli dövlət quruluşuna uyğun deyil. Bəzi siyasi nəzəriyyəçilər isə multukulturalizmi, fərdləri tamamilə kültürün bir məhsulu görməklə tənqid edirlər.
Multikulturalizm fəlsəfəsini inkişaf etdirən siyasət filisofları bunlardır.
Charles Taylor (1931-) kanadalı siyasət filosofu Taylor əsasən “mən” (self) in inşası ilə maraqlanır. Ona görə bir insanın kimliyi aid olduğu qrup daxilində formalaşır. Buna görə də mədəni müxtəlifliklərin qorunması və inkişaf etdirilməsi zəruridir. Taylor multikulturalizmi “tanınma siyasəti” adlandırır. Mövzu ilə əlaqəli əsərləri Sources of the Self və The Politics of Recognition`dur.
Will Kimlicka (1962- ) Kanadalı politoloq Kimlika multikultural vətəndaşlıq konsepsiyasını təqdim edir. Kimlika multikultural haqlarla vətəndaşlığı uzlaşdırmağa çalışır. Bu nəzəriyyəyə görə mədəni müxtəliflik dəğərli və fərqli olmasının yanında eyni zamanda fərdlərə kimlik və aidiyyət duyğusu qazandırır. Kimlicka azınlıq hüquqlarını üç qismə ayırır: milli azınlıqların öz müqəddəratını təyin etmə hüququ, çox etniklik və təmsil hüququ. Məşhur əsəri Multikultural Citizenship`dir.
Brikhu Parekh (1935 -) İngiltərəli siyasi nəzəriyyəçidir. Parekh liberal multikulturalizmin məhdudiyyətlərini göstərərək, onun sərhədlərini genişləndirmişdir. Onun multikulturalzm fəlsəfəsi insan təbiəti ilə mədəniyyət arasındakı dialektik əlaqələrə əsaslanır. İnsan təbiəti mədəni müxtəliflikdə təzahür edir. Parekh Multikulturalizm fəlsəfəsini Rethinking Multiculturalism adlı əsərində təqdim etmişdir.

Asəf Qənbərov
09 dekabr 2014

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

Asəf Qənbərov

%d bloqqer bunu bəyənir: