Asəf Qənbərovun Bloqu

Əsas səhifə » Din və Cəymiyyət » İslami Radikalizmin Səbəbləri

İslami Radikalizmin Səbəbləri

Advertisements

isisMüasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. İstər islami dini cərəyanlar arasında, istərsə də Protestanlıq, Hinduizm kimi qeri-islami dinlərdə radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artmışdır. Bu prosesi sadəcə müasir dövrə aid etmək düzgün deyil, əksinə tarixin hər dövrundə dini radikalizm fenomeni müşahidə olunmuşdur. Din uğrunda edilən müharibələr, və ya din pərdəsi altında aparılan işğançılıq fəaliyyətləri dini radikalizmin bariz örnəklərini təşkil etmişdir. Günümüzdə isə dini radikalizm məzhəblər və dinlər arası dözümsüzlük və zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Təəssüf doğuran hal isə, son on illikdə islami radikalizmin kəskin surətdə yüksəlişə keçməsidir.

İslami radikalizmin səbəblərini təhlilə keçməzdən əvvəl, dini radikallığın mahiyyəti ve meyarlarını izah etmək lazımdır. Çünki müəyyən bir dini cərəyanın radikal olub olmamasını təyin etmək hər zaman asan deyildir. Bəzən ənənəvi cəmiyyətlərdə formalaşmış stereotiplər yeni ortaya çıxmış dini təşkilatlara şüphə ilə yanaşmağa səbəbiyyət verir. Buna görə də, adətən qeyr-ənənəvi təriqətlər radikallıqla eyniləşdirilir. Amma bir dini cərəyanı radikal hesab etmək üçün onun qeyri-ənənəvi olma xarakterindən daha çox, onun ehtiva etdiyi radikal inanç və praktikalar əsas təşkil etməlidir. Yəni ənənəvi və ya qeyri ənənəvi olmasından asılı olmayaraq yuxarıda qeyd edilən radikal elementlərdən birini ehtiva edən din və ya məzhəb radikaldır. Hərçənd qeyri ənənəvi təriqətlər arasında radikal qrupların daha çox olduğunu da unutmamaq gərəkir.

Radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən; başqalırının hüquqlarını pozmaq bahasına məqsədə çatma fəaliyyətinə deyilir. Dini radikalizm də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe mənimsəyən, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorist qrupların fəaliyyətlərə şamil edilir. Qərbdə radikal dini qruplar “yeni dini hərəkatlar” kategoriyası arasında müzakirə edilir. Din sosiologiyası sahəsində bu mövzuda geniş bir ədəbiyyat yaranıb.Yeni dini hərəkatlar ənənəvi dinlərin xaricində inkişaf edən və ya sonradan ayrılan cərəyanlar üçün istifadə olunan termindir. Təhlükəli dinlər arasına daxil edilən bu dini hərəkatlar yeni üzvlər qazanmaq üçün beyin yuma kimi qeyri-etik üsullara müraciət etmələri, dini qrupun quruluşu cəhətindən isə xarizmatik liderlik və cəmiyyətdən təcrid olunma kimi xüsusiyyətlərə görə tənqidlərə məruz qalmışdır.

İslam dininə aid edilən radikalizm meyillərinin səbəblərini isə fundamentalizm və iqdisadi-siyasi məhrumiyyətlər amili ilə əlaqələndirilir. İslami fundamentalizm müxtəlif şəkilərdə izah edilir. Birinci növbədə fundamentalizm müqəddəs kitabın literal (hərfi mənada) yozumunu müdafiə etməkdir. Literal izahların yaratdığı problem, belə bir yanaşmanın dini mətinlər ilə müasir elmi nəzəriyyələri, bəzi hallarda isə mövcud hüquqi və etik dəyərlər ilə ziddiyyət təşkil etməsindədir. Dinin fundamental əsaslarına qayıtma və ya bunları günümüzdə olduğu kimi tətbiq etmə ideyası islami fundamentalizmin digər aspektini təşkil edir.

Islami fundamentalizm 1920 ci illərdə müsəlman qardaşlar adı altında Misirdə qurulan dini siyasi təşkilatlanmanın yaradılmasından sonra ortaya çıxdığı hesab edilir. İran islam inqilabından sonra isə islami fundamentalizm termini daha sıx müzakirə edilməyə başladı. Mütəxəssislərin bir çoxu islami fundamentalizmi, din ilə dövlətin birləşdirilməsini müdafiə edən və dünyəvi dövlət prinsiplərini rədd edən siyasi təşkilatlanma şəklində xarakterizə edirlər. Xristian fundamentalistlərdən fərqli və bənzər yönlərini ayırd etmək gərəkirsə, modern sekulyar dövlət quruluşuna düşməncə yanaşmaq, liberal dəyərləri rədd etmək hər iki dini cərəyanın ortaq yönlərini təşkil edir. Amma Quran və Sünnənin yanılmazlığı və tənqidə qapalı olduğu məsələsi isə sadəcə fundamentalist cərəyanların deyil, əksər müsəlmanların inandığı dini əsaslardır. Müsəlman dünyasındakı fundamentalistlər dini cərəyanlar arasına, daha açıq ifadə ilə “şəriət dövləti” qurmağı hədəfləyən dini cərəyanları daxil etmək olar. Bunun çox qatı bir örnəyini İraq və Suriya ərazilərində silahlı zorakılıqla yayılan İslam Dövləti təşkilatı, Afrikadakı Boko Haram terror təşkilatı və bənzər ekstremist qruplar olduğunu görürük. Bu təşkilatlar Quranı çox qatı bir mənada təfsir edib, konteksindən uzaqlaşdıraraq günümüzdə tətbiq etməyə çalışırlar. Nəticədə dini və etnik azlıqların ifadə azadlığı, din və etiqad azadlıqları tapdanır, şəriətin qatı qanun qaydaları altında yaşamaqdansa insanlar yurdundan didərgin düşməyi üstün tuturlar.

İqtisadi məhrumiyyətlər dini radikalizmə zəmin hazırlayan ən mühüm amildir. Diqqətlə nəzər edəndə radikalların cərgəsinə daha çox gənclərin cəlb edildiyini görürük. Iqtisadi cəhətdən təmin edilməyən gənc nəslin radikal və ekstremist ideyalara meyl etməsi yayqın bir fenomendir. Cihad, “Şəhid olma” və ya “əbədi qurtuluş”a çatma kimi ekstremist ideyalar, bu halda dünyəvi məhrumiyyətləri konpensasiya etmə rolunu oynayır. Buna görə də, radikalizmlə mübarizə edərkən sadəcə mötədil dini marifləndirmə ilə yetinməyib, gənclərin və ümumi olaraq cəmiyyətin iqtisadi fürsətlərini artırmaya da əhəmiyyət verilməlidir.

Ümumiyyətlə dini inanc sistemi əxlaqi ve mənəvi dəyərlər çərçivəsindən çıxıb, siyasi bir ideologiyaya çevriləndə ve geniş bir kütlə tərəfindən dəstəklənən siyasi bir teskilatlanma şəklində təzahur edəndə dini radikalizm ilə qarşı-qarşıya olduğumuzu bilməliyik. Din ve siyasətin birləşməsi birinci növbədə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə gətirib çıxarır. Dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onu siyasətə alət etməyə yol vermək olmaz. Buna görə də liberal demokratik siyasi quruluşlar, inanc və etiqad azadlıqlarını qanunlarla təminat altına alır, digər tərəfdən isə dini siyasətdən və dövlətdən ayırır.

Nəticə olaraq günümüzdə radikal və fundamentalist ideyaların təhlükəsini artıq hər kəs anlayır və belə silahlı qruplaşmanın qarşısını almaq güclü dövlət üçün çətin olmayacaq. İnsanların əlindən silahları almaq mümkündür, amma zehinlərində kök salmış radikal ideyaları silmək daha çətindir. Diqqət edərsək bunun kimi ekstremist cərəyanların geri qalmış, elm və sivilizasiyadan uzaq topluluqlarda daha çox rəvaç tapdığını görürük. Belə halların qarşısını almaq üçün güc tətbiq etməkdən daha çox elm və mədəniyyət sahəsində cəmiyyətin mariflənməsini təmin etmək daha effektiv nəticə doğuracaqdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

Asəf Qənbərov

%d bloqqer bunu bəyənir: