Asəf Qənbərovun Bloqu

Əsas səhifə » Din və Cəymiyyət » Orta məktəblərdə din tədrisi keçirilməlidirmi? Din təhsilində müxtəlif modellərə qısa baxış. (sunna.az)

Orta məktəblərdə din tədrisi keçirilməlidirmi? Din təhsilində müxtəlif modellərə qısa baxış. (sunna.az)

Advertisements

f9ca76911f87cea88e0e126d00a1e584

Yaxın günlərdə orta məktəblərdə dinin ayrı bir fənn kimi tədrisi ilə bağlı məsələ yenidən gündəmə gəldi və əksər dinə meyilli siyasətçilər, ictimai xadimlər tərəfindən müsbət qiymətlədirildi. Daha öncəki illərdə də dəfələrlə bu mövzu müzakiyərə açılsa da real hər hansı addım atılmadı. Təhsil nazirliyinin öncəki açıqlamaları, şagirdlərə dini biliklərin verilməsinin müxtəlif dərsliklərdə təmin olunduğu və bununla kifayətlənmənin məqsədəugyugun olduğu şəklində idi. Amma radikalizmlə bağlı cəmiyyətdə baş verən son hadisələr, dinin ayrı bir fənn olaraq tədrisininin gərəkli olduğu qənaətini getdikcə gücləndirir. Bu halda din tədrisinin gərəkli olub olmaması qədər, tədris ediləcək fənnin metodu və əhatə dairəsi də böyük əhəmiyyət kəsb edir. Dini tədris sadəcə İslam dinini, yoxsa dünya dinlərini əhatə etməlidir? Məqsəd hər sosial qrupa uyğun olaraq onun dinini öyrətmək, yəni pluralist din tədrisi ya da dinlər haqqında tarixi, müqayisəli və fenomenolik bilqiləndirmə olmalıdır? Zənnimizcə bu məqamda Avropa və bəzi müsəlman ölkələrində din təhsili modelləri və tətbiqat praktikalarını təhlil etməkdə fayda vardır.

Dini öyrənmə” dediyimiz ilk modeldə, müəyyən bir dinin həqiqət olduğu və bu dinin qayda qanunlarına görə yaşamağın zəruruliyi öyrədilir. Diğər dinlər haqqında verilən məlumatlar da öyrədilən dinin perspektivindən izah edilir. Burada məqsəd dindar insanlar yetişdirmək, cəmiyyətdə dini inanc və fəaliyyətləri artırmaqdır. Dini tədris edənlərin özlərinin də dinə inanan müəllimlər olması gərəkir. Müəyyən bir dinə istinad etdiyi üçün bunu inanc təməlli din təhsili də adlandırmaq olar. Səudiyyə Ərəbistanı, Pakistan İslam Respublikası və İran İslam Cumhuriyyəti kimi din və dövlətin ayrılmadığı və dövlətin rəsmi dini olduğu ölkələrdə bu tipdə din təhsili tətbiq edilir. Xalqın böyük əksəriyyətinin tək dinə mənsub olduğu ölkələr üçün səciyyəvi olan “dini öyrətmə” pluralist cəmiyyətin inkişaf etməsi ilə cətinliklərlə qarşılaşır. Bu durumda bir çox dini qrup istəyinin əleyhinə olaraq etiqad etmədiyi dini inancları öğrənmək məcburiyyətində qalır. Türkiyə Cumhuriyyətində Ələvi inanclıların qarşılaşdığı vəziyyət bunun ən bariz örnəyidir. Bunu nəzərə alaraq Türkiyədə son qanun tənzimlənmələrində din tədrisi tərcihə bağlı fənnlərin sırasına daxil edildi. Ayrıca “dini öyrənmə” hər kəsin istədiyi dinə etiqad etmə, öyrənmə və yayma hüququ ilə də təzad təşkil edir. Dövlətin dünyəvilik prinsipi də inanc təməlli din tədrisini məhdudlaşdıran başqa amildir. Mövzu ilə əlaqədan ölkəmizdə gedən müzakirələrdə baxdıqda isə, bəzi ictimai xadimlərin din tədrisi dedikdə şagirdlərin “həqiqi islama” yiyələnməsini nəzərdə tutduğu anlaşılır. “Həqiqi islam” və ya islamın döğru şəkildə çatdırılması ifədələri, yuxarıda da izah olubğu kimi, inanc təməlli dini öyrətmə modelinə uyğun olduğu açıqdır və bunun dini cəhətdən müxtəlif olan cəmiyyətlərdə tətbiqatı çoxlu problemlər yaradacaq. Ayrıca həm dinlər arasında, həm də bir dinin məzhəbləri arasında həqiqi din anlayışları dəyişməkdədir. Buna görə də, müəyyən inanca istinad edən “dini öğrətmə”nin subyektivliyini nəzərə alaraq, özündə birçox dinləri və məzhəbləri cəmləşdirən cəmiyyətimizdə vahid bir din tədrisi üçün təməl təşkil etməsi mümkün deyildir.

Din haqqında öğrənmə” adlanan ikinci örnəkdə, dünya dinləri haqqında obyektiv və sistematik informasiyaların verilməsi nəzərdə tutulur. Din dünyada yayqın bir fenomen olduğu üçün, hər şagirdin bunlar haqqında məlumatlandırılması birinci növbədə dövlətin üzərinə düşür. Dinlərə qarşı tərəfsiz yanaşma prinsipinə də uyğunluq baxımından dövlət üçün ən uyğun din təhsili modeli olduğunu söyləyə bilərik. Burada oyrəndilən dini bilgilərə inanma və tətbiq etmə tələb olunmadığı kimi, dinə inanan biri tərəfindən öğrədilməsi də şərt deyil. hər hansı bir dinin əsaslarını öyrədərək, o dinin üstünlüyü və yayqınlaşması hədəflənmir. Tarixi və təsviri yanaşmalar əsasında təşkil edilir. Böyük Britaniya, Norvegiya kimi birçox Avropa ölkələrində “dünya dinləri” fənni bu qayda üzrə keçirilir. Bəzi mütəxəssislərə görə, din haqqında öyrətmə modelinin zəif cəhəti, şagirdlərin mənəvi aləminə hər hansı bir töhfə verməməsidir. Demək olar ki, fərdlərin əxlaqi dəyər axtarışlarına heç nə qazandırmır. Din haqqında bilgilər verməklə yanaşı, dinin əxlaqi-mənəvi dəyərlərinin şagirdlər tərəfindən əxz edilməsini hədəfləyən sonuncu örnək “dindən öyrənmə” adlanır. Dini öyrənmə ilə dindən öyrənmə arasındakı fərq sonuncuda öyrədilən dini bilgilərin mütləq doğruluğunun qəbul edilməsi və inanılmasının şərt olmamasıdır. Amma bununla yanaşı hümanizm prinsiplərinin mənimsənməsi üçün dinin potensialindan istifadə edilir.

Din tədrisi cəhətindən diqqətə alınması gərəkli olan bir başqa amil də din və dövlət münasibətlərinin mahiyyətidir. Din dövlətdən ayrı olduğu ölkələrdə “dini öyrətmənin” qarşısına hüquqi məhduyyətlər çıxa bilər. Ama “din haqqında öyrənmə” və “dindən öyrənmə” bu cəhətdən problem təşkil etməz. ABŞ və Fransada isə ümumiyyətdə dinin yuxarıda sadaladığımız hər hansı bir formada dövlətin ümumtəhsil müəssisələrində tədris programına girməsinə icazə verilmir. Çünki hər iki dövlətin konstitusiyasında dinin dövlətdən ayrılığı prinsipi əsk olunmuşdur. Amma hər ölkənin din-dövlət münasibətləri tarixi təcrubəsinə görə dəyişkəndir. Buna görə də, dinin dövlətdən ayrı olması din tədrisini məhdudlaşdırması zəruri bir hal deyildir. ABŞ tarixən dinə və kilsəyə qarşı deyil və burada kilsə və ya hər hansı dini bir icma özəl təhsil müəssisəsi açıb, standard təhsil programına dini ögrətməni də daxil etmə imkanına sahibdir. Fransada isə fərqli olaraq dövlət məktəblədirdə din tədrisinin daxil edilməməsi, eləcə də dini simvollardan istifadə edilməsə məhdudiyyətlərin gətirilməsi dinə qarşı olan dünyəvilikdən qaynaqlanır. Fransa dövləti tarixən dinə və kilsəyə qarşıdır və ictini sferanın sekulyar qalmasının təminat atına alınmasını dövlətin vəzifəsi hesab edir.

Son olaraq bizim cəmiyyətin dini cəhətdən müxtəliyi və eyni zamanda dünyəvi bir dövlətə sahib olduğumuzu nəzərə alaraq “din haqqında öyrənmə” və ya “dindən öyrənmə” modellərindən hər hansı birini tətbiq etməyin müsbət bir hal olmasını söyləyə bilərik. Təhsilin dünyəvi xarakter daşıması qanunu da son iki qaydada keçiriliən din tədrisinə əngəl təşkil etmir. Amma dinin ayrı bir fənn kimi tədrisinin sadəcə radikalizmlə mübarizə çərçivəsində müzakirəyə açılması, zənnimizcə din tədrisinin əhəmiyyətinin yetərli şəkildə qiymətləndirilməməsindən xəbər verir. Radikalizm amilindən asılı olmayaraq ayrı bir fənn olaraq dünya dinləri haqqında sistematik bilgiləndirmə tədris programına daxil edilməlidir.

Asəf Qənbərov

(Din Sosioloqu)

25 Sentyabr, 2014

P. S. Bu yazı, sunna.az saytı üçün yazılmışdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

Asəf Qənbərov

%d bloqqer bunu bəyənir: