Asəf Qənbərovun Bloqu

Əsas səhifə » Uncategorized » Dövlət və din münasibətləri: dövlət dini qayda qanunları nizamlamalıdırmı?

Dövlət və din münasibətləri: dövlət dini qayda qanunları nizamlamalıdırmı?

Advertisements

img1506596

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yas mərasimləri ilə əlaqəli qərarı ictimaiyyətdə geniş əks sadə doğurmuşdur. Növbəti addımın başqa bir dini məsələ sayılan qəbir daşları ilə əlaqədar gündəmə gələcəyi gözlənilir. Mətbuatda görüldüyü qədər xalq arasında bu qərar dəstəklənir və bəzi ictiai xadimlər bu addımı yerində və gərəkli hesab edirlər. Onlara görə, bu məclislərdə israfçılıq baş alıb gedir və hüzr sahiblərini gərəksiz zəhmətə salır. Belə bir vəziyyətdə insanların təsəlliyə ehtiyacları olan vaxtda gələn camaatın yeməyi və içməyi ilə məşğul olmasını normal qəbul etmək mümkün deyil. Bu adətin gərəksiz və zərərli bir durum olduğu fikri ilə tamamilə razıyıq, amma dövlətin dinin daxili məsələlərini nizamlaması bir çox sualları ağla gətirir.

Dövlət və dinin ayrılığı prinsipi, bütün dinlərin qanun qarşısında bərabərliyini və dövlətin dini inançlara qarşı tərəfsiz bir möbqe tutmasını nəzərdə tutur. Dövlət qurumları dini ideyalar və dini praktikalar arasında normativ bir dəyərləndirmə apara bilməz. Çünki, dini məsələlərin əsksəriyyəti mübahisəli məsələlərdir və müxtəlif dini qruplar üçün fərqli əhəməyyət dərəcəsinə malikdir. Hər biri müəyyən interpratasiyanı əks etdirdiyinə görə, dövlət qurumlarının bunlar arasında doğru-yanlış şəkildə dəyərləndirmə aparması birinci növbədə dövlətin dinlər qarşısındakı tərəfsizlik prinsipinə xələl yetirir. Ayrıca bu mərasimlərin“dinimizə uyğunlaşdırma” siyasətini və ya radikalizmin qarşısını almaq üçün “dinimizi doğru şəkildə” təbliğ etməklə dini marifləndirmə işinin aparılması siyasətinə qədər, bütün bu siyasi praktikalar dövlərin din sahəsinə birbaşa müdaxiləsidir. Din və dövlətin ayrılığı sadəcə dinin dövlət işlərinə müdaxiləsini, qanunvericiliyin dinə istinad etməsini deyil, eyni zamanda dövlətin də dinin daxili qayda qanunlara müdaxiləsini məhdudlaşdırır. Çünki dövətin rəsmi bir dini yoxdur ki, bunu əsas alaraq dini praktikalar arasında döğru-yanlışı ayırımı etsin. Dünyəvilik dediyimiz din dövlət ayrılığı prinsipi eyni zamanda dini də dövlətdən “qorumaq” üçün qalxan rolu oynamalıdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

Asəf Qənbərov

%d bloqqer bunu bəyənir: