Asəf Qənbərovun Bloqu

Əsas səhifə » Din və Cəymiyyət » Tolerantlıq məkanı Azərbaycan: reallıq yoxsa illüziya

Tolerantlıq məkanı Azərbaycan: reallıq yoxsa illüziya

Advertisements

Ölkəmizdə dinlər və məzhəblər arası toleratlıq və xoşgörü ənənəsinin mövcudluğu və bu durumun diğər ölkərə örnək təşkil etdiyi fikri ilə sıx-sıx rastlaşırıq. Dövlətin rəsmi din siyasətinin də öz növbəsində, toleratliq ənənəsinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilməsi din sahəsinin prioritet məsələsi halına gəlmişdir. Ama bunu da qeyd etmək lazımdır ki, Azərbaycanda tarixi toleratlıq ənənəsinin siyasi bir təbliğat alətinə çevrilməsi bəzi həqiqətlərin ustunu örtməkdədir. Belə ki, mustəqillikdən sonra milli və mənəvi dəyərlərin yenidən canlanması prosesində, dindarlığın ümümi cəkisinin artması və dini qrup və cameələrin sayindakı çoxalma halları cəmiyyətin nisbi homogen dini strukturunda fundamental bir dəyişikliyə səbəb olmuşdur. Təssuflər olsun ki, dini pluralizmin artması cəmiyyətimizdə dini qrup və cameələrin qutbləşməsi prosesi ilə müşaiyət olunmaqdadır. Zənnimizcə nəzərdən qaçan məqam da, məhz dini pluralizmin ilə dinlər arası dözümlüyün tərs mütənasib bir quruluşa malik olmasıdır: yəni dini müxtəlifləşmə artdıqca fərqli inanc və əqidələrə dözümlülük azalır.

Sekulyarizmin əhəmiyyəti…

Dözümlülük ənənəsinin amillərini təyin etməyə cəhd edərkən, cəmiyyətimizi xarakterizə edən iki təməl xüsusiyyətlə qarşılaşırıq. Bu iki xüsusiyyətin sekulyar cəmiyyət və nisbi homogen dini struktur olduğu qənaətinə gəlmək mümkündür.

Sekulyarlaşma və ya dünyəviləşmə prosesi XX əsr sosioloji düşüncənin mərkəzi və eyni zamanda ən çox mübahisə doğuran temasıdır. Sekulyarlaşma prosesi, konkret olaraq “ institusional, ictimai və mədəni müstəvidə dinin əhəmiyyətini itirməsi” şəklində izah edilir. Sekulyarlaşma prosesinin mahiyyəti haqqındakı uzun mübahisələrə girmək mövzumuz üçün vacib deyil. Burada əsas üzərində durmaq istədiyimiz məqam sekulyarizmin dini toleraltlıqla qarşılıqlı münasibətidir.  Çünki sekulyar dünya göruşü, başqa inanc və əqidəyə dözümlü yanaşmanın şərtləndirən əsas amillərdən biridir.  Insanlar arasında qarşılıqlı münasibətlərdə dini identifikasiyanın arxana plana atılması, dini zəmində qarşıdurma yaratma ehtimalını təbii olaraq yox dərəcəsinə endirir.

Azərbaycan cəmiyyətini sekulyar cəmiyyət adlandırmaq üçün yetərli səbəblərimiz var. Bu Sovet dönəmindəki rəsmi dövlət ideologiyasının dini təsisatları zəiflətməsi və məcburi dünyəvi təhsilin nəticəsidir. Müstəqillikdən sonra dini həyatda müəyyən canlanma yaşansa da, Post-Sovet məkanında müstqətilliyini yeni qazanmış diğər ölkələrlə müqayisədə Azərbaycan cəmiyyətinin daha az dindar olduğu görülür. Bu mövzuda aparılan empirik tədqiqatlar və monitorinq nəticələri ilə müşahidələrimiz üs-üstə düşür. Amma gələcəkdə dünyəviləşmə prosesinin geriləməsi, yəni dindarlaşmanın artması dinlər arası münasibətlərə təsirsiz ötə bilməz. Bir çox tətqiqatçıların iddia etdiyi kimi, sekulyarizmin geriləməsi və ictimai-siyasi sferada dini hərəkatların aktivləşməsi prosesi qlobal xarakter almışdır.  Nəticə olaraq cəmiyyətin dünyəviləşmə dərəcəsi və toleratliq arasındakı münasibətləri daim diqqət mərkəzində saxlamaq lazımdır.

Dini pluralizm “problemi”

Dini plüralizm dedikdə nəzərdə tutduğumuz fəlsəfi mənada dinlərin çoxluğunu və hər birinin relativ həqiqətə sahib olduğunu müdafiə edən idea deyil, əksinə cəmiyyətdə dini qrup və hərəkatların müxtəlifliyi və getdikcə dini müxtəlifliyin artması prosesidir. Burada diqqət cəkmək istədiyimiz məsələ cəmiyyətin homogen və ya həmcins dini quruluşunun getdikcə müxtəflişməsidir.

Qanunvericikdə nəzərdə tutulan din və etiqad azadlığı barəsindəki qanunların dini pluralizmə aparacağı gözlənilən durumdur.  Buna baxmayaraq ənənəvi din və etiqadlara meydan oxuyan yeni din və məzhəblərin yayılması istər siyasi, istərsə də ictimai sferada təhdid kimi qavranılır. Pluralizmin cəmiyyətin inteqrasiyasını zəiflədən bir amil kimi  qravranılması onu basqı altına almaqla nəticələnir. Ənənəvi və qeyri ənənəvi din ayırımı da dini pluralizmi sıxışdırmanın məntiqi sonucundan başqa bir şey deyildir. Humanizm prinsiplərinə zidd olan, dinlər və məzhəblər arası dözümsüzlük, kin və nifrət yayan inanışların qanunda nəzərdə tutulan qaydada qadağan edilməsi, ənənəvi və qeyri ənənəvi din ayırımını tamamilə gərəksiz qılır. Çünki ənənəvi olub olmamasından asılı olmayaraq yuxarıda qeyd edilən prinsiplərə zidd olan inancların təbliğ edilməsi gadağandır. Bunları nəzərə alaraq dini pluralizmin uğurlu idarə edilməsindən bəhs etməmiz mümkün deyil.

Nəticə olaraq milli sərvətimiz sayıla bilən tolerantlıq ənənəsinin sərmayəsini, sovetlər dövründən bizə miraz qalan sekulyarizm və həmcins dini quruluş olduğunu söyləmək olar. Lakin ənənəvi sosial sistem dəyişdikcə bu sərmayələr tükənməklə qarşı qarşıya qalmaq üzrədir. Dini cərəyanlar arasındakı qütbləşmə tendensiyasının qarşısını almaq üçün pluralizmi sıxışdırmaq və ya qarşısını almaq mümkün deyil. Bunun yerinə ictimai müzakirələrə şərait yaradaraq müxtəlif və fərqli inanışlara hörmətlə yanaşma ənənəsini inkişaf etdirmək lazımdır.

Son söz…

Bu məqamda cəmiyyətimizin dini strukturunu dərindən analiz edən elmi tədqiqatların aparılmasına ehtiyac hiss olunur. Siyasi təbliğat və ya əks təbliğatlardan arınmış, elmi nəzəri yanaşma tolerantlıqı araştırma predmeti etməli: belə bir durumun mövcud olub olmaması, dözümlülük ənənəsinin şərtləndirən əsas ictimai amillərin aydınlaşdırılmasını tələb edir. Qısa və uzun dönəmdə cəmiyyətdə dini quruluşunda bas verən dəyişikliklərin, dinlər və məzhəblər arası dözümlüyə necə təsir göstərəcəyini təxmin etmə və potensial təhlükələrə qarşı zamanda tədbir alınması üçün bu sahədə geniş miqyaslı nəzəri və emirik tədqiqatların aparılması böyük əhəmiyyətə malikdir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Asəf Qənbərov

%d bloqqer bunu bəyənir: